Son əlavə olunanlar

Xəbərlər

Şaxta baba ucqar kəndlərdə FOTOREPORTAJ + VİDEO

Yeni il bayramı günlərində Şaxta baba Quba və Qusarın 23 ucqar dağ kəndinə baş çəkib, uşaqlara hədiyyə aparıb.

Dənizkənarı Milli Parkda “Qış nağılı” festivalı başlanıb

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 30-da Dənizkənarı Milli Parkda paytaxtımızın sakinləri və qonaqları olan uşaqlar üçün “Qış nağılı” festivalına start verilib. Festival Bakı Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilir.  

“Star Kids Group” şirkəti uşaqlar arasında “Qış nağılı-2018” adlı moda yarışması keçirib

Dekabrın 29-da “Pullman Hotels and Resorts” otelində “Star Kids Group” şirkətinin təşkilatçılığı ilə uşaqlar arasında “Qış nağılı-2018” adlı moda yarışması (Kids Fashion Show) keçirilib. Müsabiqə 4-14 yaş arasında uşaqları əhatə edib.   

İfaçılıq müsabiqəsində fərqlənən kollektivlərin yekun konserti maraqla qarşılanıb

Naxçıvan Dövlət Uşaq Teatrında “Rəqs kollektivlərinin ifaçılıq müsabiqəsi” iştirakçılarının yekun konserti olub.  

Ağcabədidə sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi təşkil edilib

Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ regional ofisi Ağcabədi rayonunda valideyn himayəsindən məhrum olan və əlil uşaqlar üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil edib.  

“Einstein” robotu uşaqların məktəbəqədər təhsili üçün nəzərdə tutulub

“Hanson Robotics” şirkəti süni intellektli “Sophia” robotunun analoqunun yaradılması üzrə layihəni başa çatdırıb. “Einstein” adlanan layihə uşaqların məktəbəqədər təhsili və onların ümumi erudisiyasının artırılması üçün nəzərdə tutulub. Yeni qurğunun növbəti ildə satışa çıxarılması planlaşdırılır.