Son əlavə olunanlar

Təbiət

Dəniz süngəri

Çoxhüceyrəli heyvanların ən sadə quruluşlu tiplərindən biri süngərlərdir. Süngərlərin 8000-ə qədər növü məlumdur. Dəniz sakini olub, bütün bədəni ilə suyun dibinə və ya sualtı əşyalara hərəkətsiz yapışır. Əsl çoxhüceyrəli heyvanlardan fərqli olaraq süngərlərin orqan və toxumaları yoxdur. Süngərlər koloniya şəklində yaşayır. Onların kisəvarı və ya qədəhvarı bədəni iki qatdan: xarici dermal (ektoderma) və daxili qatdan (endoderma) ibarətdir. 

Tovuzquşu xərçəngi -boqomol

Tovuzquşu xərçəngi -boqomol (Odontodactylus scyllarus) Quam adalarından Şərqi Afrikaya qədər Hind-Sakit Okeanında yaşayan böyük dəvədəlləyi xərçəngidir. Okean canlılarının satışı ticarətində gözəlliyinə və başqa dəniz canlıları üçün təhlükəli olduğuna görə diqqət çəkirlər. 

Dünyanın ən zəhərli balığı: Fuqu

Fuqu – balıq növü dünyanın ən zəhərli onurğasız heyvanıdır. Fuqu qida növü kimi dünyada ən təhlükəli məhsullardan biri sayılır. Yaponiya və Koreyada ən ləzzətli ət sayılır, ancaq doğru bişirilməzsə, faciə ilə sonlana bilər. 

Ölməyən yeganə canlı: "Turritopsis Nutricula" meduzası

Yaxın zamanda kəşf edilən bir canlı ölümsüzlüyün qismən də olsa var olduğunu hiss etdirdi. 5 millimetr diametrində olan bu canlı müəyyən istisnalar xaricində sonsuza qədər yaşaya bilir. Turritopsis Nutricula adlı meduza dünyada “ölümsüz olan tək canlı” sayılır. Bu canlı heç yaşlanmır.

Əjdahaya bənzəyən ilan

İlk baxışda əjdahaya bənzətdiyimiz bu canlı, tikanlı ağac gürzəsidir. Yalnız Mərkəzi Afrikaya məxsus olan bu ilan zəhərli gürzələrin bir növüdür.

Nəhəng Afrika ilbizi- Archachatina marginata

Nəhəng Afrika ilbizi və ya banan-moruq ilbizi (Archachatina marginata- giant West African snail or banana rasp snail) nəfəs alan, Achatinidae sinfinin qarınayaqlılar dəstəsindən bir molyusk növüdür.