Son əlavə olunanlar

Təbiət

Hər lələyi bir rəngdə olan göyərçin

Nikobar göyərçini (Nicobar pigeon- Caloenas nicobarica) Hindistanın Andaman və Nikobar adalarının sahil bölgələrində yaşayan bir quşdur. Bu quş Caloenas cinsinin yaşayan yeganə növüdür. Həmçinin nəsli kəsilmiş olan dodo və Rodrigues solitaire quşlarının nəslinə  ən yaxın hesab edilən növdür.  Nikobar göyərçini 40 sm uzunluqda olan böyük bir quşdur. Baş və boyun tükləri boz rəngdən yaşıl və gümüşü rəngə doğru dəyişir.  

Dünyanın ən zəhərli tırtılı- Lonomia obliqua

“Philetairus socios” quşu və onun binaya bənzər yuvası

Şəkildəki tikilinin insan işi olduğunu düşünürsünüzsə, yanılırsınız. Bu samanlıq deyil – adi kiçik ictimai toxucu quşlarının “Philetairus socios” ümumi qurduğu yuvasıdır.

Müxtəlif növ maraqlı bitkilər

Qalib soğan - Bu hündürlüyü 20-50 santimetr olub, sarımsaqiyli bitkidir. Çox da böyük olmayan kök yumrularından 2-3 lansetvari yaşıl yarpaqlar əmələ gəlir. 

İlan təqlidi edən tırtıl

Hemeroplanes triptolemus sinfinə aid güvə növüdür. Sinə və qanadları pulcuqlarla örtülüdür. Gül nektarları ilə bəslənə bilmək üçün xortumları var. Həm dişi, həm erkəklərinin ömrü uzundur. 10 və 30 gün aralığında yaşayırlar. Dişilər şəffaf-yaşıl rəngdə yumurtalar qoyur.

Göyqurşağı Evkalipt ağacı

Filippin və Havay adalarında bitən “Göyqurşağı” evkalipti (Eucalyptusdeglupta) göyqurşağını xatırladır. Onun qabığı öz gözəl rəngləri ilə seçilir. Ağacın öz qabığını dəyişmə xüsusiyyəti var və qabıq köhnəldikcə rəngi müxtəlif rənglərə çalır. Əvvəlcə o açıq yaşıl, sonra tünd yaşıl, daha sonra mavi rəngin müxtəlif çalarları, sonra isə çəhrayı rənglə narıncı rəngə boyanır. Qabıq soyulmağa başladıqda qəhvəyi rənglə çəhrayı rəngin qarışığından ibarət bir rəngdə olur.