Mavi ayaqlı sümsük quşu (lat. Sula nebouxii) – isti tropik dəniz sakinləridir. Təbii məskunlaşma arealları, Sakit okeanın tropik və subtropik məkanlarıdır. Həm də Mərkəzi və Cənubi Amerikanın qərb sahilləri, Peruyla yanaşı, Kaliforniya körfəzində də bu quşları tapmaq mümkündür.