Təbiət

Əqrəb quyruqlu hörümçək

Əqrəb quyruqlu hörümçək (Arachnura higginsi) Avstraliyaya məxsus növdür. 

 

Digər hörümçəklərdən fərqli olaraq, bu canlının əqrəbə bənzər quyruğu var. Buna görə də, ona quyruqlu hörümçək, əqrəb quyruqlu hörümçək və halqaşəkilli toxuyan əqrəb də deyirlər. Erkəklərdə bədən uzunluğu 2 mm, dişilərdə isə 16 mm olur. Bədən rəngləri krem rəngindən qəhvəyiyə doğru dəyişir.

 

Gənc hörümçəklər parlaq rənglərdə olur və quyruğa sahib deyillər. Əqrəb kimi quyruqlarının olmasına baxmayaraq, insanlar üçün zərərsizdir. Çünki, quyruğunda əqrəblər kimi zəhər yoxdur. Torpaq səviyyəsində, bucaqlı yerdə, üfüqi şəkildə tor qurur. Qidasını havada uçan həşəratlar təşkil edir. Bu hörümçəklər yalnızca əqrəblərin quyruğunu deyil, həmçinin hərəkətini də təqlid edir. Əqrəblər kimi quyruğunu qaldıraraq, təhlükəli duruş nümayiş etdirir. Sanki düşmənin üzərinə hücum etməyə hazırlaşır. Dişilər tor üzərində səkkizə yaxın kisə hazırlayır. Hər kisəyə isə 0.8 mm diametrində krem rəngli, 50-60 yumurta qoyur.