Təbiət

Qeyri-adi qulaqlara sahib olan “Marvari” atları

Qeyri-adi qulaqlara sahib olan Marvari atları Hindistanın Marvar (ya da Jodhpur) və Katiavar deyilən bölgələrində yetişdirilən dünyanın qeyri-adi atlarından biridir. Tarix boyunca XII əsrdən bəri əsasən süvari qoşunda istifadə edilib. Bu gün isə əsasən fermalarda, minmək, yaxud yük daşımaq üçün istifadə edilir. 


Parlaq dəri və qulaqlarının qısa ve içəriyə doğru dönük olması Marval atlarını başqa at növlərindən seçir. 


1930-cu illərdə atların sayında azalma müşahidə edilmişdir, lakin sonradan xüsusi diqqət və qulluq nəticəsində atların sayı çoxalmağa başlamışdır. 1950-ci ildən başlayaraq Maharaca Gaj Singh II və Maharaca Umaid Singhji-nin göstərdikləri səylər nəticəsində yox olma vəziyyətində olan Marvari atları qısa zamanda yenidən çoxalmaya başladı. 


Marvari atlarının kökü yerli Hind ponilərinə dayanır. İllər boyu Ərəb atlarıyla bu atların qarışması ata son şəklini vermişdir. XV və XVI əsrlərdə Cənubi Hindistan torpağına getirilən Ərəb atları Marvar Əyalətinə götürülmüş və burada Şimaldan gətirilən bəzi Moğol və Türkmən “Ahaltəkə” atlarının da qanı Marvari atlarıyla qarışmışdır.


Tarix boyunca Marvari atları məhz döyüşlərdə istifadə olunurdu. XVI-cı əsrdə Moğol İmparatoru Əkbər 50.000 Marvari atından ibarət bir orduyu idarə etmişdir. 


İllər boyu bu at cinsi dözümlüyü ilə seçilmişdir. Ağır hava şəraitində çöl torpaqlarında yaşamaq, az miqdarda qida və su qəbul etmək, istiliyin və soyuğun davam edən çöllərində uzun məsafə qət etmək bu atları illər boyu xüsusi etmişdir. Atlar yüksək sürətlə uzun məsafələri qət etmək üçün yetişdirilmişlər. Bu at cinsinin sahibinə olan bağlılığı və cəsarəti bir çox Hint dastanında rast gəlinir. 


1995-ci ildə Franceska Kelli adlı bir İngilis və Raghuvendra Singh Dundlod adlı Hind əsilli şəxs “Marwari Bloodlines” adı ilə bütün dünyadaki Marvari atlarını siyahıya alan qurum yaratdılar. 1999-cu ildə Hindistan Hökumətinin də dəstəyi ilə Marvari Atları Dərnəyi  quruldu.

Atların statusu (milli xəzinə kimi tanınır) və tükənmə təhlükəsi səbəbindən ölkədən çıxarılması qadağa edilmişdir. 


Marvari atlarını idman oyunlarında, xüsusilə, polo, tent pegging, və turizm sahəsində istifadə olunur.