İslam Sadıq. Şumal
Bir gün kənddən ətliyə
Naxır-naxır mal getdi.
Bizim də qapımızdan
Ayrılıb Şumal getdi.
Onu qoşdum naxıra,
Geri dönüb ağladı.
Mənim uşaq qəlbimi
Dağım-dağım dağladı.
Şumal camış olsa da,
Bircə dili yoxuydu.
Onun hissi, duyğusu
Bizimkindən çoxuydu.