Şeirlər

Nurlana İşıq. Qar adam

Qardan adam əriyir,
Ömrü beş gün deyilmiş.
Təbiətin qanunu 
Zamana hökm edirmiş.
Heyif, zəhmətimizdən,
Kökdən burun qoymuşduq.
Daşdan göz düzəltmişdik,
Papaq və şərf gətirib
Yaxşıca bürümüşdük.
İndi əldən gedir o,
Günəş dalında durub
Parıldadır başını,
Yavaş-yavaş əriyir,
Gülən çöhrəsi solur.
Əldə büzüşmüş burun,
Şərf, papaq, ikicə daş —
Qar adamdan yadigar
Cəmi bunlar qalır bax.