Xəbərlər

Şahmatçılarımız 20 yaşadək yeniyetmələr arasında şahmat üzrə dünya çempionatında növbəti qələbəni qazanıblar

19.09.2013.  Xəbər verildiyi kimi, Türkiyənin Kocaeli şəhərində 20 yaşadək yeniyetmələr arasında şahmat üzrə dünya çempionatı keçirilir. Turnirin beşinci turunun nəticələrinə görə yarışlarda ölkəmizi təmsil edən şahmatçı Murad  Nuri  Vitali Meribanovu (Belarus), digər idmançımız Səbinə İbrahimova isə  Ji Saranyanı (Hindistan) məğlub ediblər.

 

Çempionatın altıncı turunda  M.Nurinin rəqibi  İtaliya şahmatçısı De Filomeno Simone, Səbinə İbrahimovanın rəqibi isə Qazaxıstan  idmançısı  Dinara  Saduakassova  olacaqdır.

 

Beş turun nəticəsinə görə M.Nurinin hesabında 3 xal, S.İbrahimovanın hesabında isə 3,5 vardır. Çempionat 13 turdan ibarətdir və İsveçrə  sistemi  üzrə  keçirilir.