Şahmatçılarımız 20 yaşadək yeniyetmələr arasında şahmat üzrə dünya çempionatında növbəti qələbəni qazanıblar
19.09.2013. Xəbər verildiyi kimi, Türkiyənin Kocaeli şəhərində 20 yaşadək yeniyetmələr arasında şahmat üzrə dünya çempionatı keçirilir. Turnirin beşinci turunun nəticələrinə görə yarışlarda ölkəmizi təmsil edən şahmatçı Murad Nuri Vitali Meribanovu (Belarus), digər idmançımız Səbinə İbrahimova isə Ji Saranyanı (Hindistan) məğlub ediblər.
Çempionatın altıncı turunda M.Nurinin rəqibi İtaliya şahmatçısı De Filomeno Simone, Səbinə İbrahimovanın rəqibi isə Qazaxıstan idmançısı Dinara Saduakassova olacaqdır.
Beş turun nəticəsinə görə M.Nurinin hesabında 3 xal, S.İbrahimovanın hesabında isə 3,5 vardır. Çempionat 13 turdan ibarətdir və İsveçrə sistemi üzrə keçirilir.
19.09.2013