Zahid Xəlil. "Durnalar"
Təkcə uçardı göydə,
Gəzərdi çöldə durna.
Yekə qara nöqtəyə
Bənzərdi göldə durna.
Bir gün durnalar dedi:
- Niyə nöqtə olaq biz?!
Gəlin uca göylərə
Yolumuzu salaq biz.
Başlarını ox kimi
Tutub havalandılar.
Onlar təyyarələr tək
Göydə qatarlandılar.
O vaxtdan nöqtə deyil,
Düz xətt oldu durnalar.
Yerlə göy arasında
Sərhəd oldu durnalar.