Xəbərlər

AFFA U-12 Liqasının yaradılmasını planlaşdırılır

AFFA  2013-2014-cü illər mövsümündə 12 yaşlı futbolçu oğlanlardan ibarət U-12 Liqası yaratmağı planlaşdırır.
AFFA uşaq futbolunu inkişaf etdirmək  və onun kütləviliyini artırmaq məqsədi ilə bu liqaya komandalar cəlb etməyi nəzərdə tutur. Bu məqsədlə Bakıda və regionlarda uşaqlardan ibarət  futbol komandaları ilə görüşlər keçirilir.
Belə görüşlər artıq Bakı, Sumqayıt və Quba şəhərlərində keçirilib. Ölkəmizin digər regionlarında da  gənc futbolçularla görüşlər nəzərdə tutulub.