AFFA U-12 Liqasının yaradılmasını planlaşdırılır
AFFA 2013-2014-cü illər mövsümündə 12 yaşlı futbolçu oğlanlardan ibarət U-12 Liqası yaratmağı planlaşdırır.
AFFA uşaq futbolunu inkişaf etdirmək və onun kütləviliyini artırmaq məqsədi ilə bu liqaya komandalar cəlb etməyi nəzərdə tutur. Bu məqsədlə Bakıda və regionlarda uşaqlardan ibarət futbol komandaları ilə görüşlər keçirilir.
Belə görüşlər artıq Bakı, Sumqayıt və Quba şəhərlərində keçirilib. Ölkəmizin digər regionlarında da gənc futbolçularla görüşlər nəzərdə tutulub.