Şeirlər

Qəşəm İsabəyli. Çörək-bərəkət

-Ana, hardasan? Bir dillənsənə!
Acmışam axı, çörək ver mənə.
-Gəl görüm, oğlum, bir azca otur.
Hazırdı süfrə, yeyib-içib dur.
-Yox ey, bir əlcə çörək bəsimdir.
Gözləyir Ramin, Nəsimi indi.
Geciksəm, gedib oynayacaqlar.
Məni oyuna qoymayacaqlar.
-Oğlum, süfrədə yeyilsin gərək.
Ayaq üstədə yeyilməz çörək
Ən böyük nemət çörəkdir, oğlum
Çörəyə hörmət gərəkdir oğlum.