Rəfiqə Abbasova. Dərdimiz bir il də böyüdü
Dərdimiz bir il də böyüdü,Allah,
Qocaldı dərdimin beli büküldü.
İnləyib can verir Ağdamım Allah,
Düşmən gülüşündən qəlbim söküldü.
Zərif bənövşəsi barıt qoxuyur,
Bulaqların gözü qan yaşla dolub.
Çölləri toplardan giksinib durur,
Çəməni,çiçəyi xiffətdən solub.
Bəzən xəyalımda əlimdə bayraq,
Gedirəm ot basmış yollarıyla mən.
Ağdamın dərdini hər gecə-gündüz,
Çəkməkdən düşübdür saçlarıma dən.