Xəbərlər

“Şelkunçik” və “Düyməcik” Opera və Balet Teatrının səhnəsində

 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi həmişə olduğu kimi, yanvar ayında da uşaqları yaddan çıxarmayıb. Yanvarın 12-də P.Çaykovskinin “Şelkunçik”, ayın 19-da isə İ.Ştrausun “Düyməcik” baletləri nümayiş olunacaq.
 
“Şelkunçik”in quruluşçu baletmeysterləri xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovdur. “”Düyməcik” baleti isə Rusiya Federasiyasının xalq artisti Liliya Sabitovanın quruluşunda təqdim olunacaq.