“Şelkunçik” və “Düyməcik” Opera və Balet Teatrının səhnəsində
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi həmişə olduğu kimi, yanvar ayında da uşaqları yaddan çıxarmayıb. Yanvarın 12-də P.Çaykovskinin “Şelkunçik”, ayın 19-da isə İ.Ştrausun “Düyməcik” baletləri nümayiş olunacaq.