Son əlavə olunanlar

Mədəni irsimiz

XVIII əsrin yadigarı – Əsgəran qalası

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Əsgəran qalası.  

Mədəni irsimizin parlaq nümunəsi: Şuşa qalası

Azərbaycanın mədəniyyət paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Belə abidələrdən biri də təməli 1752-ci ildə I Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulmuş Şuşa qalasıdır.  

Cıdır düzü - əsrarəngiz gözəlliklər məkanı

Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə yanaşı, həm də gözəl təbiəti ilə diqqəti çəkir. Şuşaya səfər edənlər hökmən Cıdır düzünə də gəlir, buradan açılan əsrarəngiz təbiət mənzərələri seyr edirlər.  

Keçmişin izləri əhəngdaşı divarlarda – Nərimankənd mağaraları

Qobustan rayonunda yerləşən Nərimankənd mağaraları Nərimankənd kəndində, Zəngi çayının sol sahilindədir. Ərazidə ümumilikdə 3 mağara mövcuddur: Peyğəmbər mağarası, Qaranlıq mağara və Qoşa mağara. Hər mağara 3-4 otaqdan ibarətdir.  

Şamaxıdakı Yeddi günbəz türbələr kompleksi

Kompleks Azərbaycan memarlığının XIX əsrə aid nadir nümunələrindəndir. Yeddi günbəz sadəcə daşdan inşa edilmiş məzarlar toplusu deyil, eyni zamanda, Şirvan xanı Mustafa xanın ailəsinə və nəslinə aid tarix kitabəsidir. Kompleksə daxil olan yeddi türbə 1816-1865-ci illərdə tikilib. Türbələr Azərbaycan memarlıq ənənələrinə uyğun olaraq səkkizbucaqlı formada, yonulmuş daşlardan inşa edilib.  

Təbii abidələr məkanı Quba

Quba Azərbaycanın gözəl təbiəti və qədim tarixi ilə seçilən guşələrindən biridir. “Quba” sözü Qudyalçayın adından götürülmüşdür. XVIII əsrin ortalarında Hüseynəli xan Qubanı mərkəzə çevirmiş və öz iqamətgahını da buraya köçürmüşdü. Fətəli xanın dövründə Quba xanlığı daha da inkişaf etmişdir.