Son əlavə olunanlar

Nağıllar, hekayələr

İradə Aytel. Küsəyən hindtoyuğu

Nurlananın babası üç dənə hindtoyuğu aldı. Qırmızı dimdikli, çil-çil hindtoyuqlarının hərəkətləri çox cəld və iti idi. Nənə dedi ki, yazda bu toyuqlar kürt düşəcək və çoxlu cücələri olacaq. Həm də hindtoyuqlarının dişisi ilə bərabər erkəkləri də yumurtanın üstündə yatır.   

Heraklın on ikinci qoçaqlığı. “Heraklın Kerber köpəyini tutması”

Məğlubedilməz Heraklın Antey və Atlantla görüşməsi xəbəri onun özündən əvvəl Yunanıstana çatmışdı və artıq dillərdə əzbər idi. Hamı xalqın böyük qəhrəman oğlu ilə fəxr edirdi, ona dastanlar qoşurdu. Elə oxuduğumuz bu dastan da o vaxtlar yaranmışdı.  

Heraklın on birinci qoçaqlığı. “Heraklın Atlantla görüşü”.

Qüdrətli Herakl artıq on qoçaqlıq görsətmişdi. Heranın və Evrisfeyin onu məğlub etmək arzusu ürəyində qalırdı. Kinli ilahə və qorxaq hökmdar Zevsin oğlu üçün daha təhlükəli və çətin tapşırıqlar axtarırıdılar. Nəhayət, belə bir tapşırıq tapıldı.

Heraklın onuncu qoçaqlığı. “Herionun öküzləri və nəhəng Kakos”

Yunanıstandan xeyli uzaqlarda, günəşin batdığı tərəfdə, okeanın ortasında kimsəsiz bir ada var idi. Adına Eriteya adası deyirdilər. Bu adada heç kim yaşamasa da, hərdənbir ağır ayaq səsləri eşidilərdi. Bu, öz öküz ilxısına baxmağa gələn üçbaşlı nəhəng Herionun ayaq səsləri idi. Onun öküzləri Eriteyanın yaşıl çəmənlərində, təhlükəsiz və dinc bir yerdə otlayırdılar.

Hans Xristian Andersen. Çirkin ördək balası

Şəhərkənarı çox gözəldir! Yay günləri olduğundan çöllərdə çovdar qızarmış, yulaf yaşıllaşmış, otlar biçilib, yığılıb, taya vurulmuşdu. Uzunqıç Leylək yaşıl çəmənlərdə gəzişir, misir dili ilə söylənirdi. О bu dili anasından öyrənmişdi.

Heraklın doqquzuncu qoçaqlığı. “Herakl Amazonkalar ölkəsində”

Həmişə qaşqabaqlı və kədərli gəzən qorxaq Evrisfey adamlara qarşı kinli idi, çünki ətrafındakıların çoxu ondan ağıllı, qoçaq və qüvvətli idi. Amma dünyada Evrisfey üçün hər kəsdən əziz bir nəfər vardı- altun telli qızı Admeta. Qızı güləndə Evrisfey də gülümsəyərdi. Admeta ağlayanda isə o, qəzəblə dişlərini qıcayardı. Onda hamı başa düşürdü ki, hökmdar qızının göz yaşlarına bais olmuş adamın axırı çatıb. Admetanın “istəyirəm” kəliməsi Evrisfeyin səltənətindəki bütün qanunlardan güclü idi.