Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Yusif Məmmədəliyev

Kimyaçı alim, kimya elmləri doktoru, Dövlət Mükafatı laureatı, akademik Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubad şəhərində dünyaya göz açıb.

Vladimir Dal

Dal Vladimir İvanoviç (1801-1872) - məşhur rus dilşünası, yazıçısı, lüğətçisi, etnoqrafı, hərbi həkimi və dörd cildli "Rus dilinin izahatlı lüğəti"nin yaradıcısıdır. Bu lüğət üzərində işləmək yazıçının bütün həyatı boyu davam etdi: Vladimir İvanoviç 18 yaşından donanmada xidmət edərkən tanış olmayan sözləri və onların mənalarını yazmağa başladı və ölümünə qədər bunu etdi. O, ilk türkoloqlardan biri sayılır.

Tükəzban İsmayılova

Milli musiqimizin görkəmli nümayəndələri sırasında onun da adı var: Xalq artisti Tükəzban İsmayılovanın. Yüksək ifaçılıq qabiliyyəti və səhnə mədəniyyəti ilə fərqlənən ifaçının Azərbaycan musiqisi tarixində, xüsusən də qadın müğənnilər arasında öz dəst-xəti var idi. Onun ifa etdiyi muğamlar və xalq mahnıları ifaçılıq sənəti tariximizə həmişəlik daxil olub.

Nəsir İmanquliyev

Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan peşəkar redaktor, publisist və pedaqoq Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatının və mədəniyyətinin inkişafına, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib.

Ömər Eldarov

Adı dünya miqyaslı sənətkarlarla bir sırada çəkilən, “İstiqlal” və “Şərəf” ordenli akademik Ömər Eldarov həyatının 60 ildən çoxunu heykəltəraşlıq sənətinə həsr edib. Ötən müddət ərzində bu görkəmli sənətkar bir çox bənzərsiz sənət əsərləri yaradıb. Bu sırada ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın qəbirüstü abidələri, Tokay Məmmədovla birgə ucaltdığı Füzulinin heykəli və daha neçə-necə sənət incisi var. Təsadüfi deyil ki, sənətşünaslar Ömər Eldarovu milli heykəltəraşlığımızın lideri kimi səciyyələndirirlər.

Ziya Bünyadov

Şərqşünas-alim, görkəmli ictimai xadim, akademik Ziya Bünyadov 1923-cü il dekabrın 21-də Azərbaycanın Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub. O, on altı yaşında Göyçay şəhərində orta məktəbi bitirib və Bakı Hərbi Piyadalar Məktəbinə daxil olmaq üçün yaşını iki il artırıb.