Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Ağ Şəmsəddin

Osmanlı tarixinin ən nəhəng sultanlarından sayılan Fateh Mehmetin kamil hökmdar kimi formalaşmasında Ağ Şəmsəddinin böyük xidmətləri olub. Fateh 1453-cü ildə İstanbulu fəth edən zamanda da ona dəyərli məsləhətləri ilə yardım edən müəllimini çox yüksək qiymətləndirib.

Fərman Kərimzadə

Yazıçı Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. 12 yaşı olanda Qərbi Azərbaycandan deportasiya olunublar. Beyləqanda məskunlaşıblar. Fərman və bacı-qardaşları yarımçıq qalmış orta təhsili Beyləqan rayonunun Şahsevən kəndində başa vurublar.

Hökumə Billuri

Ötən əsrin 40-cı illərində, İranda - Cənubi Azərbaycanda baş verən milli-azadlıq hərəkatında bir çox şair, yazıçı soydaşlarımız da ön sıralarda yer almışdı. 1946-cı ildə milli hərəkatın qan içində boğulması həmin yazarları sovet Azərbaycanına mühacirətə vadar etdi. Onlar ömürləri boyu şahidi və iştirakçısı olduğu hadisələri ürəklərində və əsərlərində yaşatdılar. Həmin şairlərdən biri də Hökumə Billuri idi.

Əlibaba Məmmədov

Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri olan Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1960-cı illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskinin sinfində musiqi təhsili almış, mədəni irsimizin tükənməz xəzinəsi olan muğamın sirlərinə dərindən yiyələnmişdir.

Həmid Araslı

Akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verib. O, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanıb.

Əliağa Kürçaylı

XX əsr Azərbaycan poeziyasında özünəməxsus yeri olan Əliağa Kürçaylı çoxcəhətli yaradıcılığı ilə “şeirimizin ən uca və barlı-bəhərli budaqlarından" (Rəsul Rza) biri idi. Yaşadığı 52 il ərzində çox məhsuldar işləmiş, şeirə, sənətə ciddi münasibət bəsləyərək məhz poetik nümunələrə, əsl ədəbi əsərlərə imza atmışdı.