Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Sabit Rəhman

Sabit Rəhman XX əsr Azərbaycan ədəbiyyatında, mədəniyyət və incəsənətində mühüm yer tutan sənətkarlardandır. Yazıçı, dramaturq, kinossenarist kimi o dövrün ictimai-siyasi prosesləri onun əsərlərində öz əksini tapıb.

Ələsgər Ələkbərov

Adı sənət tariximizin qızıl fondunu bəzəyən görkəmli teatr və kino aktyoru, SSRİ Xalq artisti Ələsgər Ələkbərovdan söz düşəndə, ilk növbədə, gözlərimiz önündə onun ekranda yaratdığı azərbaycanlı kişisinin təbii obrazı - Rüstəm kişi canlanır. Ə.Ələkbərov həqiqətən dramatik rolların əvəzsiz ifaçısı idi. Aktyorun səhnədə, ekranda görünməsi tamaşaçılara, demək olar ki, təkrarsız və unudulmaz anlar bəxş edirdi.

Lütfəli Abdullayev

Xalq artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcılarından olan Lütfəli Abdullayev 1914-cü il martın 22-də Şəkidə dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə artıq sözsüz və epizodik rollarda, tezliklə isə “Arşın mal alan” operettasında Vəli rolunda oynayıb. 1938-ci ildə Musiqili Teatr yarananda L.Abdullayev truppaya qəbul edilib. Teatr fəaliyyətini dayandırdığı müddətdə L.Abdullayev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb, Tulio (“Rəqs müəllimi”), Rəşid (“Kimdir müqəssir?”), Tağı (“Köhnə dudman”), Oddamdı (“Od gəlini”), Nadir (“Çiçəklənən arzular”) rollarında çıxış edib. 1956-cı ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının fəaliyyəti bərpa olunduqdan sonra L.Abdullayev bu teatrın aparıcı sənətkarı kimi əksər tamaşalarında çıxış edib.

Filip Pulman

Əsərlərinin böyük qismini uşaqlara həsr etmişdir. Oksford Universitetinin Ekseter kollecində ingilis filologiyası ixtisasına yiyələnən gələcək yazıçı 12 il Oksfordun ayrı-ayrı məktəblərində müəllim işləmiş, sonra Uestminister kollecində fəaliyyətini davam etdirmişdir. Bir müddət sonra isə yaradıcılıqla məşğul olmağa başlamış və əsərlərini səhnələşdirərək məktəb teatrlarında tamaşaya qoymuşdur.

Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almış, əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasında başlamışdır.

Azərbaycanın ilk balerinası - Qəmər Almaszadə

Bakıda 1915-ci ildə dünyaya göz açan Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı nəzdində fəaliyyət göstərən balet studiyasını bitirib və 1930-cu ildə həmin teatrda işə başlayıb.