Qədim yunan alimi Strabon
Strabon (e.ə. 64-cü il - e.ə. 24-cü il) - görkəmli qədim yunan tarixçisi, coğrafiyaçısı və filosofudur. O, çox səyahət etmiş və çox vacib və faydalı qeydlər aparmışdır. O, "Tarix" kitabının (saxlanılmayıb) və 17 kitabda çap edilmiş "Coğrafiya" kitabının müəllifidir. Strabon kitabı təxminən eramızın 18-ci illərində, artıq 80 yaşı olanda yunan dilində yazılmışdır. Onun bu kitabı qədim dövrün coğrafiyasının öyrənilməsi üçün ciddi mənbə sayılır. Eyni zamanda Qafqaz Albaniyası və Atropotena haqqında qiymətli məlumatlar vardır. Strabonun "Coğrafiya əsəri bir növ onun itmiş "Tarixi qeydlər" əsərinin davamıdır. Müəllif "Coğrafiya" əsərinin 11-ci kitabında Azərbaycan haqqında məlumat vermişdir.