Uşaqlar və gənclər üçün yazılmış 38 maraqlı kitabın müəllifi, tanınmış İsveç yazıçısı Mariya Kristina Qripe (1923-2007) - dünya uşaq ədəbiyyatı tarixinin ən önəmli simalarından biridir. O, həm İsveçdə, həm də xaricdə çoxsaylı ədəbi mükafatlara, o cümlədən Hans Kristian Andersen mükafatına layiq görülüb. Onun kitabları 29 dilə tərcümə olunub.