Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Xarrat Qulu Məhəmməd

Xarrat Qulu Məhəmməd oğlu 1823-cü ildə Şuşa şəhərində anadan olub. O, bacarıqlı xarrat, həm gözəl səsli muğam ustası, həm də istedadlı şair idi. Sənətkar hər üç sahədə uğurlar qazanmışdı. Yusifi təxəllüsü ilə əsasən həm dini mövzuda, həm də lirik aşiqanə şeirlər, həcvlər, mərsiyələr, qəzəllər yazardı. Onun müasirləri ilə şeirləşməsi də məlumdur.

Məşhur İngilis səyyahı - Ceyms Kuk

Mirzə Şəfi Vazeh

Mirzə Şəfi Vazeh Azərbaycan şairi, maarifçisidir. O, Gəncədə anadan olmuş, gimnaziyada oxumuş, mükəmməl təhsil almışdır. Bir müddət xəttatlıq sənəti ilə məşğul olmuş, M.F.Axundova digər elmlərlə yanaşı hüsnxətti də öyrətmiş, onu ruhani olmaq fikrindən daşındırmışdır. Mirzə Şəfi gənc yaşlarınldan gözəl şeirlər yazmış, tezliklə tanınmış, şöhrətlənmişdir.

Qövsi Təbrizi

Qövsi Təbrizi Azərbaycan şairidir. O, Təbrizdə anadan olmuş, ilk təhsilini atasından almış, sonra İsfahanda oxumuş, klassik Şərq ədəbiyyatını dərindən öyrənmişdir.

Nigar Rəfibəyli

XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan qadın şairlərimizdən biri incə ruha, zərif təbiətə malik Nigar Rəfibəylidir. Onun göz açdığı ictimai-siyasi, ədəbi mühit özünün xarakterik xüsusiyyətləri, siyasi hadisələri ilə xarakterikdir.

Qədim yunan filosofu Miletli Fales

Miletli Fales (e.ə. 625-547) - qədim yunan filosofu, fizik, riyaziyyatçı, ümumiyyətlə Avropa fəlsəfəsinin və elminin banisi, Milet (İon) fəlsəfə məktəbinin yaradıcısıdır.