Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Görkəmli fizik Maks Plank

Maks Plank-görkəmli alman nəzəriyyəçi fiziki, Fizika üzrə Nobel mükafatı laureatı, istedadlı musiqiçi və, ən əsası, kvant nəzəriyyəsinin banisidir. 1900-cü ildə kvant hərəkətini (Plank sabiti) elmə gətirmiş, kvant ideyalarına əsaslanaraq şüalanma qanununu kəşf etmişdir. Alim termodinamika, nisbilik nəzəriyyəsi, idrak fəlsəfəsinə dair elmi işləri ilə böyük nüfuz qazanmışdır. 

Lutsi Yuni Brut

Tarixin yaddaşında iki Brut qalmışdır. Onlardan biri, daha doğrusu, ikincisi məşhur Roma imperatoru Qay Yuli Sezara xəyanət etmiş və onun qətlində iştirak etmiş Brutdu ki, onu hamı xəyanət rəmzi kimi qəbul edir. Birincisi Brut isə çox – çox qədimlərdə yaşamış və Roma tarixinin çarlıq dövründən respublika dövrünə keçidində böyük rol oynamışdır.Bu rəvayət də birinci Brut haqqındadır.

Həsən Məmmədov

Görkəmli aktyor Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub. Burada 2 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub.

Rasim Əliyev

Müasir Azərbaycan memarlıq məktəbinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Əməkdar memar Rasim Əliyev 1934-cü il iyul ayının 16-da Gəncə şəhərində anadan olmuşdur. O, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu memarlıq ixtisası üzrə bitirmişdir.

İslam Rzayev

İslam Rzayev 1934-cü il noyabrın 11-də Füzuli rayonunun Sərdarlı kəndində dünyaya göz açıb.

Semyon İvanoviç Dejnyov

Semyon İvanoviç Dejnyov (1605 — 1673) – tanınmış səyyah və Sibir (Kamçatka) araşdırmaları ilə məşhur olan rus tədqiqatçısıdır. O, Berinq boğazını gəmi ilə keçən ilk tanınmış avropalı olub. Dejnyov bunu, rus əsilli Danimarkalı səyyah Vitus Berinqdən 80 il əvvəl etmişdi, lakin bu kəşf təxminən bir əsr boyu unudulmuş və Vitus Berinq sonradan onun adını daşıyacaq boğazın kəşfçisi kimi qəbul edilmişdir.