Basketbol oyununun tarixi
Basketbol (ingiliscə: basketball - səbət topu) komanda halında əllə oynanan və topu yüksəkliyi 3,05 m olan pota adı verilən çevrədən keçirərək qazanmağa çalışılan komanda oyunudur. Bütün dünyada məşhur olan bir idman növüdür. İlk olaraq 1891-ci ildə Ceyms Neysmit tərəfindən oynanılıb. 21 dekabr 1891-ci ildə Ceyms Neysmit beş əsas ideya və 13 qaydadan istifadə edərək yeni oyunun qaydalarını nəşr etdirib.