Son əlavə olunanlar

Bu maraqlıdır!

İstixana effekti nədir?

Günəş yerə işıq və isti göndərir. Bitkilər, torpaq qatı, daşlar və yer səthini formalaşdıran başqa obyektlər istini qəbul edir, qızdıqdan sonra öz istisinin bir hissəsini atmosferə qaytarır. 

Qədim misirlilərin heroqlif sistemi

Yeni eradan 3-2,5 min il əvvəl qədim misirlilər özlərinin say sistemini yaratdılar. Bu sistemdə əsas ədədlər 1, 10, 100 və s. xüsusi işarələrin - heroqliflərin köməyi ilə təsvir olunurdu. Misirlilər onları qəbir daşlarının üzərinə həkk edir, qamış qələmlə papiros lülələrdə yazırdılar.

Niyə ancaq təkcə Yer kürəsində maye şəklində su var?

Yer kürəsi yeganə planetdir ki, burada maye şəklində su vardır. Başqa planetlərdə buz və buxar şəklində su var, ancaq maye şəklində yoxdur. 

Biliklərinizi genişləndirəcək elmi faktlar

1. Oksigenin 20%-i Amazon tropik meşələrindən gəlir Amazon meşələri 5,5 milyon kvadrat kilometr ərazini əhatə edir. Amazon cəngəllikləri böyük miqdarda karbon qazını udmaqla Yer oksigeninin əhəmiyyətli bir hissəsini istehsal edir ki, məhz buna görə onları “Planetimizin ağciyərləri” adlandırırlar.

Öyrədici coğrafiya

Hansı dövlət eyni anda dörd yarımkürədə yerləşir? Planetimizdə eyni zamanda Şimal, Cənub, Qərb və Şərq yarımkürələrində yerləşən yalnız bir dövlət var. Bu, Sakit Okean boyunca səpələnmiş adalar toplusu olan Kiribati Respublikasıdır.

Ay tutulmasını necə yaratmaq olar?

Topu stolun üzərinə qoy, onun qabağında yanan lampa və ya fənər qoy. Göründüyü kimi, işığın topun üzərinə düşdüyü tərəf işıqlı, əks tərəf isə kölgə olur. Bir ədəd tennis topunu və ya başqa əşyanı sapdan asaraq topun başına hərlə, bu vaxt görəcəksən ki, müəyyən anda top tennis topuna düşən işığın qarşısını kəsərək öz kölgəsini onun üzərinə salır.