Son əlavə olunanlar

Bu maraqlıdır!

Yer kürəsinin hansı bölgələrində tez-tez zəlzələlər olur?

Zəlzələlərin böyük hissəsi, yəni 80 faizə qədəri Sakit okean sahillərində, 15 faizi Aralıq dənizinin Şərq və Asiyanın cənubu, qalanı isə müxtəlif bölgələrdə baş verir. 

Vulkanlar hansı bəlalara səbəb olur?

Vulkanlar çox böyük ziyanlar vurur, xüsusilə bu qəfil baş verdikdə xəbərdarlıq etməyə və əhalini təxliyə etməyə imkan olmur. Qızmar lava öz yolunda qabağına çıxan hər bir şeyi yandırıb yanğınlar törədir, zəhərli qazlar uzaq məsafələrə yayılır, böyük sahələri kül qatı örtür.

Boş süxur nədir?

Yataqlarda tək təmiz minerallara deyil, həm də onların torpaq, daş və s. materiallarla qarışığına da rast gəlinir. 

Kütlə və onun ölçülməsi

Maddələrin mühüm xassələrindən biri onun kütləyə malik olmasıdır. Kütlə cismin ağırlıq dərəcəsini ifadə edir. Məsələn, içərisi qumla dolu olan arabacığı yerindən tərpətmək boş arabacığı tərpətməkdən daha çətindir. Çünki dolu arabacığın kütləsi boş arabacığın kütləsindən daha böyükdür. Cismin ağırlığı ondakı maddənin miqdarından asılıdır. Belə ki, cisimdəki maddənin miqdarı nə qədər çox olarsa, o daha ağır olar.

Bir yerə eyni vaxtda bir dənədən artıq əşya yerləşdirmək olarmı?

Təcrübə keçirək: hansısa bir qabı ağzına qədər su ilə dolduraq və onun içərisinə hər hansı bir əşya qoyaq. 

Dördbucaqlının sahə düsturu

Raynd papirusunda ixtiyari dördbucaqlının sahəsini hesablamaq üçün belə bir qayda verilmişdir: dördbucaqlının sahəsi iki qarşı tərəflərinin uzunluqları cəminin yarısı ilə digər iki qarşı tərəflərinin uzunluqları cəminin yarısının hasilinə bərabərdir.