Son əlavə olunanlar

Bu maraqlıdır!

Kaşa-Katuve qayalıqları

Kaşa-Katuve qayalıqları - Nyu-Meksiko ştatında (ABŞ), Santa Fe şəhərindən 60 km cənub-qərbdə, dəniz səviyyəsindən 1730-1950 m yüksəklikdə yerləşir. Bu qayalıqları həmçinin “Çadır qayaları” da adlandırırlar. 

Dünyanın ən hündür tək dayaqlı piyada körpüsü

Malayziyada yerləşən dünyanın ən hündür tək dayaqlı piyada körpüsü Qanunq dağının iki zirvəsini birləşdirən dövrümüzün ən inanılmaz körpüsüdür.  

Musiqidə mübarizə mövzusu

«İldırımlı yollarla» baletini Qara Qarayev Leninqrad (indiki Sankt-Peterburq) Akademik Opera və Balet Teatrının sifarişi ilə yazmış və əsər 1958-ci ildə tamaşaya qoyulmuşdur. Baletin mövzusu Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı romanından götürülmüşdür. Əsərin libretto müəllifi Yuri Slonimski, xoreoqrafı isə Pyotr Qusevdir.

Yol nişanlarına diqqәt edәk

Qədimdə nəqliyyat vasitələrində dartıcı qüvvə olaraq, əsasən, at və ya mal-qaradan istifadə olunurdu. Lakin elm və texnika inkişaf etdi və avtomobil meydana gəldi. Bununla da yollarda hərəkət sürəti artdı. Yollarda sürət artdığından sürücülərə qarşıdakı yol haqqında məlumat verəcək yol nişanlarına ehtiyac yarandı. Beləliklə də, dünyada ilk yol nişanları XIX əsrin sonlarında, ilk avtomobillərlə birlikdə yarandı.

Meksikanın Kankun şəhərindəki Sualtı Heykəl Muzeyi

Kankundakı «Sualtı Heykəl Muzeyi» uzun müddətdir Meksikanın əsas görməli yerlərindən biri olmuşdur. Bura dalğıc həvəskarları üçün unikal bir yerdir. Burada gözəl rəngarəng balıqlarla yanaşı, heyrətamiz insan heykəlləri, avtomobillər və digər obyektləri görmək mümkündür.

Yeni kəşf edilmiş yosun növü - Su pərisi

Yaşıl yosun növü olan Assetabulyariya, yaxud da "Su pərisinin qədəhi" böyük birhüceyrəli orqanizmlərdən biridir.