Son əlavə olunanlar

Bu maraqlıdır!

170 ildir heç kimin görmədiyi “quş” Borneo adasında lentə alınıb

Borneo adasında 170 ildir heç kimin görmədiyi, nəsli kəsilmiş hesab edilən, inanılmaz dərəcədə gözəl və nadir quş sayılan “Qara gözlü siçan kəklikotu” (Malacocincla perspicillata) lentə alınıb. Belə ki, 2020-ci ilin oktyabr ayında İndoneziyanın Cənubi Kalimantan əyalətinin iki sakini meşədə, göz ətrafında qara zolaqları olan naməlum boz-qəhvəyi quşun şəklini çəkib, mütəxəssislərə göstərdilər. Mütəxəssislər, bu quşların məhz 170 ildir heç kimin görmədiyi “Malacocincla perspicillata” olduğu fikrini irəli sürdülər. Əslində, Malacocincla perspicillata, Asiya ornitologiyasının əsas sirlərindən biri hesab edilir.

Sirli ada Dilos

Antik dövrün müqəddəs adası sayılan “Dilos” və ya “Delos” (Dhilos, Delos, hərfi mənada "almaz", "xəzinə" kimi tərcümə olunur) - Yunanıstanda, Egey dənizinin Kiklad arxipelaqında yerləşən kiçik bir adadır. Ada, Yunanıstanın Mikonos sahilindən 2 km cənub-qərbdə yerləşir. Sahəsi cəmi bir neçə kvadrat kilometrdir. Adanın tarixi iki hissədən ibarətdir - mifoloji və xronoloji.

Cizgi filmləri və uşaqlar

Uşaqların həyatında və psixoloji inkişafında cizgi filmlərinin böyük rolu olduğu danılmaz faktdır. Ona görə də cizgi filmlərinin psixo-pedaqoji mahiyyətini bilmək vacibdir.

Al-əlvan qızılxallı balıq

Göy qurşağı qızılbalığı və ya Polad baş (Oncorhynchus mykiss), 1882-ci ildə Şimal Amerikadan Avropaya gətirilmiş olan bir alabalıq növüdür.

Coğrafi informasiya sistemləri

GPS-in (ing. Global Positioning System) qlobal mövqe təyinetmə sisteminin köməkliyi ilə dünyanın istənilən məntəqəsində koordinatları, eləcə də Yer səthində və fəzada müxtəlif obyektlərin hərəkət sürətini avtomatik olaraq təyin etmək mümkündür. GPS qəbuledicisindən, yaxud naviqatordan həm hərbi, həm də mülki məqsədlə istifadə edilir.

Meksikanın ən çox ziyarət olunan məkanları

Meksika deyəndə ilk növbədə “Ölülər günü”, kalendula çiçəyi, yaxud da şokoladdan hazırlanmış kəllə sümüyü yada düşür. Sakit okeanın qumlu sahilləri, çılpaq qayaların üstündə özlərini günə verən suitilər, suyun altında “uçan” skat balıqları da Meksikanın fərqli bir təbiətə malik olduğunu düşünməyə əsas verir. Bu ölkənin möhtəşəm məkanlarından olan Milli Antropologiya Muzeyi isə sirlərlə dolu kəşf olunmamış qədim bir adanı xatırladır. AZƏRTAC Meksikaya səyahət etmək istəyən turistlər üçün maraq doğura biləcək məkanlardan bir neçəsini təqdim edir.