Son əlavə olunanlar

Təbiət

Kiçik pinqvin Eudyptula minor

Kiçik pinqvin Eudyptula minor günümüzdə yaşayan bütün pinqvinlərin ən kiçik növüdür. Bədən uzunluğu 30-40 sm, çəkisi isə təxminən 1,5 kq-dır. Yaşayış arealı əsasən Cənubi Amerika və Yeni Zelandiyanın sahil ərazilərini əhatə edir. Kiçik pinqvinlərin ümumi sayı 1 mln başdır.

Kanadanın Ləkəli Kliluk gölü

“Ləkəli göl” yaxud “Kliluk” adlanan göl Kanadanın qərbindəki Britanya Kolumbiyası əyalətində, ABŞ ilə sərhəd yaxınlığında Osoyoos qəsəbəsi yaxınlığında yerləşən bənzərsiz bir su anbarıdır. «Kliluk» adı gölə yerli Okanagan hinduları tərəfindən verilib.

Amudərya çayı

Amudərya çayı - Orta Asiyada ikinci ən uzun və ən böyük çaydır. Uzunluğu 1415 kilometrdir, hövzəsi isə 309 min kvadrat kilometrdən çoxdur. Mənbəyi Pamir dağlarından başlayır. Çay Vəxş və Pənc çaylarının qovuşduğu yerdə əmələ gəlir. Aral dənizinə axaraq delta əmələ gətirir. Çayın suyu uca zirvələrdəki qar və buzlaqların əriməsi hesabına yığılır. İsti yay aylarında suyun səviyyəsi qalxır. Dünyanın ən uzun – Qaraqum kanalı bu çaydan çəkilmişdir.

Dəniz mələyi

Clione limacina və ya Dəniz mələyi adlanan molyusk – Şimal Buzlu Okeanı, subarktik Atlantik və Sakit okeanın soyuq sularının ən qeyri-adi sakinlərindən biridir. Molyusk fərqli və qeyri-adi görünüşə sahibdir: buzlu suların dərinliyində rəqs edən şəffaf bir mələk kimi görünür. Uzunluğu 3-5 santimetrdir.

Donuz kalmarı

“Helicocranchia pfefferi” və ya “donuz kalmarı” adlanan, dərin okean sularının bu sevimli canlısı, zooloqlar arasında “Svinhed”(yəni “donuz başı”) kimi də tanınır. Kalmar adını, donuza bənzəyən xarici görünüşünə görə alıb.

Dünyanın ən yumşaq xəzli heyvanı - Anqora dovşanı

Anqora dovşanları - çox yumşaq xəzi ilə fərqlənən bir neçə dovşan növünə verilən ümumi addır.