Son əlavə olunanlar

Təbiət

Amudərya çayı

Amudərya çayı - Orta Asiyada ikinci ən uzun və ən böyük çaydır. Uzunluğu 1415 kilometrdir, hövzəsi isə 309 min kvadrat kilometrdən çoxdur. Mənbəyi Pamir dağlarından başlayır. Çay Vəxş və Pənc çaylarının qovuşduğu yerdə əmələ gəlir. Aral dənizinə axaraq delta əmələ gətirir. Çayın suyu uca zirvələrdəki qar və buzlaqların əriməsi hesabına yığılır. İsti yay aylarında suyun səviyyəsi qalxır. Dünyanın ən uzun – Qaraqum kanalı bu çaydan çəkilmişdir.

Dəniz mələyi

Clione limacina və ya Dəniz mələyi adlanan molyusk – Şimal Buzlu Okeanı, subarktik Atlantik və Sakit okeanın soyuq sularının ən qeyri-adi sakinlərindən biridir. Molyusk fərqli və qeyri-adi görünüşə sahibdir: buzlu suların dərinliyində rəqs edən şəffaf bir mələk kimi görünür. Uzunluğu 3-5 santimetrdir.

Donuz kalmarı

“Helicocranchia pfefferi” və ya “donuz kalmarı” adlanan, dərin okean sularının bu sevimli canlısı, zooloqlar arasında “Svinhed”(yəni “donuz başı”) kimi də tanınır. Kalmar adını, donuza bənzəyən xarici görünüşünə görə alıb.

Dünyanın ən yumşaq xəzli heyvanı - Anqora dovşanı

Anqora dovşanları - çox yumşaq xəzi ilə fərqlənən bir neçə dovşan növünə verilən ümumi addır.

Timsah balığı

Timsah balığı (lat. Lepisosteidae, Alligator gar fish) - 3 metr uzunluğa çata bilən, timsaha bənzəyən Zirehli durnabalığı cinsinə aid balıq növüdür. Bu balığın bir çox adı var: qaspar, zirehli, zirehli-timsah ve qanoid. Şimali və Orta Amerikanın Şərqindəki şirin sularda, eyni zamanda Karib və Kuba adalarını əhatə edən çaylar və göllərdə geniş yayılmışdır. Bu balıq növu həm şirin, həm də şoran sularda sağ qala bilər, lakin daha çox böyük çaylara və sel axını baş verən sahillərə üstünlük verir. Sürətlə axan sularda yaşamağa meylli deyil.

“Rosa de Saron” qızılgülü

“Prarie Smoke Flower” və ya “Rosa de Saron” adlandırılan bu qızılgül Şimali Amerikada bitən çöl çiçəyidir. Yerli əhali gülü "Preriyanın Tüstülü Gülü" (Preriya - Şimali Amerikada çöl deməkdir) adlandırır. Çiçəklənmə zamanı gülün tüklü lifləri küləyin təsiri altında dumana bənzəyir.