Son əlavə olunanlar

Təbiət

“Rosa de Saron” qızılgülü

“Prarie Smoke Flower” və ya “Rosa de Saron” adlandırılan bu qızılgül Şimali Amerikada bitən çöl çiçəyidir. Yerli əhali gülü "Preriyanın Tüstülü Gülü" (Preriya - Şimali Amerikada çöl deməkdir) adlandırır. Çiçəklənmə zamanı gülün tüklü lifləri küləyin təsiri altında dumana bənzəyir.

Nəsli kəsilməkdə olan Kaqu quşu

Kaqu (lat. Rhynochetos jubatus) — yalnız Yeni Kaledoniya adalar qrupunda yaşayan, Durnakimilər dəstəsinin kaqular (Rhynochetidae) fəsiləsinə aid uçmayan quş növüdür. Kaqu, təbii populyasiyası bu gün ümumilikdə 300 fərddən çox olmayan “Nəsli kəsilməkdə olan” növ statusuna malikdir.

Sifonoforlar

Milyonlarla heyrətamiz canlı okeanların dərinliklərində yaşayır. Onlardan biri - Sifonoforlardır ((lat. Siphonophorae yun. siphon — boru, phoros — daşıyıçı) - hidroidlər sinfinə aid sərbəst üzən dəniz heyvanları dəstəsi. Dəniz Növlərinin Dünya Reyestrinə görə, bu dəstə 175 növdən ibarətdir.

Taranaki dağı

Taranaki dağı dünyanın ən gözəl mənzərələrindən birinə sahibdir. Egmont dağı kimi tanınan Taranaki Dağı Yeni Zelandiyanın Şimal Adasının qərb sahilində yerləşir. 2518 metr hündürlüyə sahib olan vulkan mənşəli dağ XIX əsrin ortalarından etibarən aktiv olmuşdur.

Əjdaha quyruğu kəpənəyi

Lamproptera (Lamproptera) cinsinə iki növ kəpənək daxildir: Ağ Əjdaha Quyruğu (Lamproptera curius) və Yaşıl Əjdaha Quyruğu (Lamproptera meges). Hər birinin nümayəndələri Cənub-Şərqi Asiya ölkələrində geniş yayılmışdır, xüsusilə Birma, Malayziya, İndoneziya və Filippində çox rast gəlinir.

Diriliş bitkisi

Səhra kolu (lat. Selaginella lepidophylla) – “Diriliş bitkisi” olaraq bilinən, uzun illər boyunca quraq çöl mühitində susuz həyatda qala bilən bitkidir. Vətəni - Şimali Amerikanın Çiuaua səhrasıdır.Selaginella dəniz səviyyəsindən 900-2000 m yüksəkliklərdə yerdə və qayaların üstündə bitir.