Cırtdan maral: Kançil
Asiya maralı, Kançil və ya Cırtdan maral kimi tanınan Tragulus javanicus - maral ailəsinə aid məməli heyvandır. Planetdəki ən kiçik artiodaktil (cüt dırnaqlı) məməlidir. Cənub-Şərqi Asiyanın tropik meşələrində yaşayır və çox qəribə bir həyat tərzi sürür.
Bu maralın boyu cəmi 20-25 santimetrdir, çəkisi - 1,5 kq ağırlığındadır. Növlərin ən kök nümayəndələri 2,5 kq-a çatır. Təxminən 5 sm uzunluğunda bir quyruğu var. Ancaq artiodaktillərlə ailə əlaqələrinə baxmayaraq, cırtdan maralın buynuzu yoxdur. Maralın dərisi yumşaq və tüklüdür, narıncı rəngə bürünmüş qəhvəyi tüklərlə örtülüdür. Digər tərəfdən, bu maralların köpək dişləri o qədər böyükdürlər ki, ağzından belə çıxırlar.
Növlərin arasında ən yaxşı bilinən - kütləsi 5-8 kq, bədən uzunluğu 70-75 sm və hündürlüyü 30-35 sm olan böyük Kançildir (Tragulus napu). Kançillər Malakka yarımadasında, Sumatra və Kalimantan adalarında yaşayır. Maralların ən kiçiyi - Cırtdan kançil isə (Tragulus javanicus) - Kalimantan və Sumatra adalarında yayılıb. Hind xallı kançili Tragulus meminna - Hindistan və Seylonda rast gəlinir: bir sıra xüsusiyyətlərinə görə, bu növ Afrika maralına daha yaxındır.
Kançillər tək həyatı tərzi sürən çox qorxaq heyvanlardılar. Əsasən gecə fəaldır. Gün ərzində qaya yarıqlarında və ya içi boş ağac gövdələrində yatırlar. Gecələr yemək axtarmağa çıxırlar, daha çox tunel kimi yollar düzəldirlər. Otyeyən heyvandır. İlk növbədə yarpaqlar, qönçələr və meyvələrlə qidanır. Zooparklarda böcəklərlə də qidalanırlar.
Bunlar ərazi seçən heyvanlardır, erkəklər üçün ərazinin sahəsi təxminən 12 hektar, dişilər üçün isə təxminən 8,5 hektardır. Ünsiyyət üçün sidik, palçıq və sekresiya işarələrindən istifadə edir. Erkək fərdlər arasındakı sahə üçün mübarizə uzun dişlərin köməyi ilə aparılır.
Dişi fərdlər bala doğduqdan bir neçə saat sonra yenidən cütləşirlər və həyatlarının çox hissəsini hamiləliklə keçirə bilərlər. Təxminən 140 günlük hamiləlikdən sonra, dişi bir, nadir hallarda iki bala doğur. Bala kançil doğumdan 30 dəqiqə sonra ayaq üstə durur. Təxminən 10-13 həftədən sonra süddən ayrılır və təxminən 5-6 aylıq dövrdə cinsi olaraq yetkinləşir.
Yerli sakinlər cırtdan maralların ətindən qida kimi istifadə edirlər.
Bu maral növü üçün əsas təhlükə - meşələrin getdikcə məhv edilməsidir.
Kançillər 12 il yaşayırlar.
Cənub-Şərqi Asiyanın folklorunda cırtdan maral, qırmızı tülküyə xas olan xüsusiyyətlərə sahib olan, hiyləgər heyvan sayılır. İndoneziya nağıllarında kançil - özündən qat-qat böyük və yırtıcı heyvanları aldadan, hiyləgər və o dərəcədə də ağıllı heyvan kimi göstərilir.
06.03.2021