Təbiət

Parlaq tısbağa

Sürünənlər sinfinə aid olan, quruda yaşayan Parlaq tısbağa (lat. Astrochelys radiata)  dünyanın ən gözəl tısbağalarından biridir. Madaqaskar üçün endemik olan nadir bir növdür. Yalnız adanın cənub-qərbində, Antandruy düzündə, Menarandr və Mandrare çaylarının ətrafında rast gəlinir. Bu növ həm də Madaqaskardan başqa yaxınlıqdakı Mavrikiy və Reunion adalarına gətirilmişdir.

 

Tısbağalar sahildən təqribən 50-100 km aralı dar bir zolaqda yaşayırlar. Ərazisi təqribən 10.000 kvadrat kilometri keçmir. Tikanlı kolları olan kserofit meşələrinə, eləcə də qumlu sahil təpələrinə üstünlük verirlər.

 

Madaqaskarın bu əraziləri nizamsız az yağış ilə xarakterizə olunur və ərazilərdə kserofit bitki örtüyü üstünlük təşkil edir. Parlaq tısbağalara yüksək yaylalarda və sahildəki qum təpələrində də rast gəlmək olar, burada əsasən müxtəlif bitki örtüyü ilə yanaşı adaya gətirilən tikanlı meyvələr ilə qidalanırlar. Bəzən heyvan qalıqları belə yeyirlər. Yağışlı mövsümdə tısbağalar qayalı çökəkliklərdə toplanan suyu həvəslə içirlər.

 

Parlaq tısbağalarda çanağın uzunluğu - 24,2 ilə 35,6 sm arasındadır, ümumi çəkisi isə - 13 kiloqrama qədərdir.

 

Parlaq tısbağa dünyanın ən gözəl tısbağalarından biridir. Qeyri-adi və bir çanağa sahibdir; çanağı digər tısbağaların çanağından daha hündürdür və qara-qəhvəyi fonda həndəsi fiqurlarla nizamlı şəkildə düzülmüş sarı naxışlar ilə örtülüdür.

 

Cütləşmə mövsümü yanvar ayından fevral ayına qədər davam edir. Sentyabr ayında dişi tısbağa yumurta qoymağa başlayır. Mövsüm ərzində dişi 15-20 sm dərinlikdə bir çuxura, hər birində 3-12 yumurta olmaqla, 3 dəfə yumurta qoyur və sonra həmin ərazini tərk edir.

 

Həddindən artıq ov səbəbindən növlərin sayı adanın şərqində və qərbində çox azalmışdır.

 

XVIII və XIX əsrlərdə tısbağalar Madaqaskardan tutularaq Maskaran adalarına, əsasən Reuniona gətirilmişdir, bura da isə tısbağanın əti gida kimi geniş istifadə olunur.

 

Cazibədar görünüşlərinə görə parlaq tısbağalar terrariumda saxlanılır. Çanaqlarından suvenir hazırlamaq üçün istifadə olunur. Ticarət nəzarəti səbəbindən tısbağaların ticari ovu son zamanlarda xeyli azalmışdır. Hazırda tısbağa Madaqaskarda xüsusi bir qanunla qorunur, ancaq adanın cənubundakı bir çox restoranda qanunsuz olaraq qida kimi servis edilir, Tuliara və Antananarivo bazarlarında isə çanaqları suvenir kimi satılır.

 

Tisbağanın ömrü - 45 ildən çoxdur.