Tək bığlı zəng quşu
Cənubi Amerikanın dağlıq və tropik meşələrində yaşayan tək bığlı zəng quşu (Procnias albus) indiyə qədər qeydə alınan ən yüksək səsli canlıdır. Quşun səs tembrinin zili 125 desibelə çatır. Əvvəlki qeyd yenə Cənubi Amerikadan olan səs-küylü prikaya aid idi - quşun zil səsi orta hesabla 116 desibelə çatır.
Procnias Albus - quşlar arasında insan eşitməsinə zərər verə biləcək ən yüksək səsə sahibdir. Xatırladaq ki, çəkici mismara vurduqda çıxardığı səs - 90 desibeldir. İnsan qulağı üçün ağrı həddi isə 120 desibeldir.
Tək bığlı zəng quşu səsinin gücündən istifadə edərək özündən uzaqda olan qarşı cinsin nümayəndələrinin rəğbətini qazanır.
Amerikalı ornitoloqlar Cefri Podos və Mario Kon-Haftın bu quşlar haqqında ortaq tədqiqat işi elmi jurnal olan Current Biology-də nəşr olundu. Bu iş çərçivəsində, elm adamları ilk dəfə tək bığlı zəng quşunun səs tembrini ölçməyə müvəffəq oldular. Quşun səsinin zili 125.4 dB-yə çatırdı. Uelsk Universiteti Ətraf Tədqiqatlar Məktəbinin ölçmələrinə görə 110 ilə 120 dB aralığındakı səs-küy insan eşitməsi üçün təhlükəlidir və fiziki ağrıya səbəb olur.
Tək bığlı zəng quşunun çəkisi 250 qramdan azdır, lakin qarın nahiyəsində çox güclü əzələlərə sahibdir. Eyni zamanda bu quşlar dimdiklərini son dərəcə geniş açmağı bilirlər ki, bu da ornitoloqların fikrincə bu qədər yüksək səs çıxarmalarına kömək edir. Alimlər məsələnin ağız aparatının quruluşunda olduğuna inanırlar. Qırtlağın xüsusi quruluşu sayəsində quş mahnı deyil, göy gurultusuna, elektron səsə bənzəyən səslər çıxarır: belə ki, quş böyük bir həcmdə havanı udur və sonra qəfildən çölə atır.
Erkək quş həmçinin özünəməxsus bir dekorasiyaya malikdir - dimdiklərindən asılmış uzun bir "bığ"a.
Quşun qida rasionunu meyvələr və böcəklər təşkil edir.