Təbiət

Dəniz mələyi

Clione limacina və ya Dəniz mələyi adlanan molyusk – Şimal Buzlu Okeanı, subarktik Atlantik və Sakit okeanın soyuq sularının ən qeyri-adi sakinlərindən biridir. Molyusk fərqli və qeyri-adi görünüşə sahibdir: buzlu suların dərinliyində rəqs edən şəffaf bir mələk kimi görünür. Uzunluğu 3-5 santimetrdir.

 

Dəniz mələyi qanadlarını kəpənək kimi çırpır. Bu mürəkkəb hərəkət molyuskda sinir sisteminin yüksək səviyyədə inkişaf etdiyini nümayiş etdirir. Ən maraqlısı budur ki, mələk görünüşünə baxmayaraq, amansız bir yırtıcıdır.

 

Dəniz şeytanları adlanan qabıqlı mollyusklarla qidalanırlar. Mələklərin şeytanları ovlanması prosesi mütəxəsisslər tərəfindən yaxşıca öyrənilib və sanki fantastik qorxu filmini xatırladır.

 

Ov prosesi belə baş verir: Dəniz mələyi şikarına yaxınlaşaraq ağzındakı buynuzunu ovun qabığının içərisinə soxur və ondan dəniz şeytanının yumşaq bədənini "çıxarır". Yemək prosesi yarım saatdan çox çəkə bilər və bu müddətdə dəniz şeytanın "çeynənmiş" cəsədini mələyin şəffaf bədənininə necə girdiyini müşahidə etmək olar. Bir şeytanı yemək dəniz mələyi üçün 2 ilə 45 dəqiqə vaxt apara bilər. Bir mövsüm ərzində bir mələk 500-ə qədər şeytan yeyə bilər. Yetkinlərdən fərqli olaraq, körpə mələk sürfələri-veligerlər fitoplanktonla qidalanır.

 

Bu su canlısının böyük, fərqli neyronları olduğu üçün daim neyrofizioloqlar tərəfindən öyrənilir. Bu da onların qarşılıqlı əlaqələrinin mexanizmlərini öyrənməyə imkan yaradır.

 

Dəniz mələklərinin çoxalma mövsümü baharın əvvəlində, Arktik sularında planktonik yosunların kütləvi olduğu zaman baş verir.

 

Bəzən mələklər böyük qruplara yığılır. Alimlərın hesabına görə, bir kubmetr suya 3 yüzdən çox molyusk toplana bilər. Niyə tam olaraq bir araya gəldikləri tam aydın deyil, lakin yüksək bir ehtimal ki, bu çoxalma mövsümü ilə əlaqədardır. Bu su canlıları hermafroditdirlər, bu səbəbdən gələcək nəsillər əmələ gətirmək üçün iki cinsin görüşünə ehtiyac yoxdur, ancaq iki fərdin toplanması kifayətdir. Çiftləşmədən sonra dəniz mələkləri yumurta qoyurlar. Yumurtadan çıxan gənc mələklər zooplanktonla zəngin olan suyun üst qatlarına qalxırlar. 3-4 gün ərzində onlarla qidalanır və sonra böyüklər kimi eyni yırtıcılara çevrilirlər.

 

Xarici görünüşünə görə, dəniz mələyinin görüntüsü sosial şəbəkələrdə heyranlıqla qarşılanır.