Həştərxan teatrı Bakıda “Koza Dereza” tamaşasını nümayiş etdirib
24.11.2013. Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda M.Suponinin “Koza Dereza” tamaşasını nümayiş etdirib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində göstərilən tamaşanın rejissoru Rusiya Federasiyasının əməkdar artisti Sergey Taraskindir. Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı qastrol səfərinin sonuncu günü - noyabrın 24-də bu tamaşanı bir daha göstərəcək.