Xəbərlər

“Su Pərisi” tamaşası maraqla qarşılanıb

Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr studiyası Mərdəkan mədəniyyət sarayında Hans Xristian Andersenin eyniadlı əsəri əsasında hazırladığı “Su Pərisi” tamaşasını təqdim edib.
 
Tamaşa Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən Xalq Teatrları festivalı çərçivəsində nümayiş olunub. Səhnə əsərinin bədii tərtibatçısı və rejissoru Larisa Tarusova, baletmeysteri Günəş Talıblıdır.
 
Uşaqlarda fədakarlıq, mənəvi zənginlik aşılayan tamaşa maraqla qarşılanıb.