Xəbərlər

“Mənim sehrli xalçam” müsabiqəsi keçirilir

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi yaradıcı uşaq və yeniyetmələr arasında “Mənim sehrli xalçam” adlı rəsm müsabiqəsi keçirir.
 
Müsabiqənin məqsədi qədim sənət nümunələrindən olan xalça sənətinə marağı artırmaq, onu gələcək nəsillərə çatdırmaq və sevdirməkdir.  İştirakçılar müsabiqəyə xalça və xalq tətbiqi sənəti nümunələrini və müxtəlif üslubda işlənmiş rəsm işlərini təqdim edə bilərlər.
 
Əl işləri noyabrın 10-dan dekabrın 1-dək Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin uşaq muzeyi şöbəsində qəbul ediləcək.
 
Dekabrın 12-də müsabiqəyə təqdim olunmuş əl işlərindən ibarət sərgi açılacaq, qaliblərə diplomlar təqdim olunacaq.