
06.11.2013. Dünən Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
“Fusion doll” II Bakı Beynəlxalq kukla biennalesi açılıb. Biennaledə 13 ölkə - Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Latviya, Gürcüstan, Belarus, Belçika, Çexiya, Estoniya, Almaniya, Qazaxıstan və İsraildən olan kukla ustaları iştirak edirlər.
Biennalenin “Fusion” adlandırılması təsadüfi deyil. Bu, həm qədim, həm də müasir musiqi alətlərindən istifadə etməklə Şərq və Qərb musiqisinin sintezini nəzərdə tutan caz terminidir.
“Fusion doll” Bakı beynəlxalq müəllif kuklaları biennalesi ilk dəfə 2011-ci il noyabrda keçirilib. Bununla da dünyada ilk dəfə olaraq müəllif kuklaları biennalesinin əsası qoyulub.
Noyabrın 10-dək davam edəcək beynəlxalq kukla biennalesində 114 əsər nümayiş etdirilir.
06.11.2013