Məktəb kitabxanaları həyata giriş qapılarıdır
Kitabı uşaqlara ən yaxşı tanıdan məktəb, bir də onun kitabxanasıdır. Məktəb kitabxanasında ayrı-ayrı fənlərə aid əlavə materialları, tarixə, ədəbiyyata dair müxtəlif kitabları, ensiklopediyaları, bir sözlə, axtarılan sualların əksəriyyətinə cavab verəcək mənbələri tapmaq mümkündür.
Təsadüfi deyil ki, 1999-cu ildə UNESCO-nun təşəbbüsü ilə oktyabrın dördüncü həftəsinin bazar ertəsi günü Dünya Məktəb Kitabxanaları günü kimi təsis edilib. Belə bir günün qeyd olunacağını Beynəlxalq Məktəb Kitabxanaları Assosiasiyasının prezidenti Blanş Vulz bəyan edib. 2005-ci ildə isə həmin assosiasiyanın prezidenti Piter Genko bu bayrama rəsmi status verildiyini təsdiqləyib.
2008-ci ildən bu günün qeyd olunması aylığa çevrilib. Bu isə hər bir məktəb kitabxanasına ay çərçivəsində ən münasib tarixi seçərək bayramı qeyd etməyə imkan verir.
Bu ilki dünya məktəb kitabxanaları aylığı “Məktəb kitabxanaları: həyata giriş qapılarıdır” devizi altında keçirilir.
28.10.2013