
23.10.2013. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində noyabr ayında çox maraqlı uşaq tamaşaları nümayiş etdiriləcək. Teatrın noyabr repertuarını təqdim edirik:
2 noyabr - “Xeyir və Şər”
3 noyabr - “Şəngülüm, Şüngülüm, Məngülüm”
9 noyabr - “Tıq-tıq xanım”
12 noyabr - “Balaca və damda yaşayan Karlson” , “Əlibaba və qırx quldur”
14 noyabr - “Şahzadə Xəzərin nağılı”
15 noyabr - “Buratinonun macəraları”
16 noyabr - “Danışan gəlincik” (premyera)
17 noyabr - “Göyçək Fatma”
30 noyabr - “Çəkməli pişik”
Qeyd edək ki, teatrın səhnəsində “Cırtdan” II Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində də tamaşalar da təqdim ediləcək:
10 noyabr - “Asılmış vəziyyətdə” (Böyük Britaniyanın Dorset Kukla Teatrının ifasında)
11 noyabr - “Bir kral var idi...” (İtaliyanın Teatro Verde Burattini kukla teatrının ifasında)
13 noyabr - “Mən danışmaq istəyirəm” (İsveçrənin “Günyol” Marionet Teatrının ifasında)
Tamaşalar saat 12, 14, 15 və 18-də nümayiş etdiriləcək.
23.10.2013