
22.10.2013. Noyabrın 9-dan 16-dək Bakıda “Cırtdan” II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək. Festival çərçivəsində tamaşalar Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq.
Festivalda Böyük Britaniyanın Dorset, İsveçrənin “Günyol”, İtaliyanın Verde Burattini, Rusiya Federasiyasının “Ekiyat” Tatar Dövlət Kukla Teatrı və digər ölkələrdən teatrlar iştirak edəcək.
Dünya ölkələrinin aparıcı kukla teatrları təkcə uşaqları deyil, böyükləri də maraqlandıran tamaşalar göstərəcək. Festival günlərində nümayiş etdiriləcək tamaşalar barədə əlavə məlumat veriləcək.
Bakıda ilk beynəlxalq kukla teatrları festivalı 2011-ci ildə keçirilmişdi.
22.10.2013