Xəbərlər

Energetik karusel

17.10.2013. Hollandiyada qeyri-ənənəvi enerji mənbəyi icad olunub. Bu uşaq karuselidir.
 
Əslində, qeyri-adi görünsə də, hər şey çox sadədir - əyləncə parkında oynayan uşaqlar karuseli fırladır, bununla da kinetik enerji alınmasına yardım edirlər. 
 
Karusel uşaqların alternativ enerji mənbələri haqda təsəvvürlərini inkişaf etdirməklə yanaşı, onları əməkdaşlığa alışdırır.
 
Bu karuseli Hollandiyanın Ecosistema Urbano memarlıq studiyası icad edib. Energetik karusel Hollandiyanın Dordrext şəhərində quraşdırılıb. 
 
Qurğu eyni zamanda iki funksiya həyata keçirir: uşaqları əyləndirir və enerjinin yaranma prinsipini nümayiş etdirir. Həmçinin kinetik enerji yaradır. Batareyada yığılmış enerji, axşamlar attraksionun işıqlandırılması üçün istifadə olunur.