Xəbərlər

Uşaqlar dünyada iqlim dəyişikliyindən narahatdırlar

BMT-nin Uşaq Fondunun (UNICEF) Britaniyada uşaqlar arasında keçirdiyi sorğunun nəticələrinə görə, hər üç uşaqdan ikisi dünyada iqlim dəyişikliyi ilə əlaqədar daha çox iş görülməsini istəyir.

 

Uşaqlar iqlim dəyişikliyinin gələcəkdə daha da təhlükəli ola biləcəyini düşünür və buna görə narahatlıq keçirirlər.

 

Bir çox mütəxəssislər iqlim dəyişikliyinə insanların səbəb olmadığını bildirmişlər. İqlim dəyişikliyi temperatur yüksəlməsi, bunun nəticəsində havanın sərtləşməsi, arktikada buzların əriməsi və dəniz səviyyəsinin yüksəlməsi kimi təhlükəli hadisələr ilə müşayiət olunur. Bu da dünyada ərzaq qıtlığı və xəstəliklərə səbəb ola bilər.

 

Uşaqlar həmçinin iqlim dəyişikliyinə görə kasıb ölkələrdə yaşayan uşaqlar və onların ailələri üçün narahat olduqlarını bildirir.