Xəbərlər

Gənc Tamaşaçılar Teatrının səhnəsində uşaqları maraqlı tamaşalar gözləyir

27.09.2013. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi həmişə olduğu kimi, oktyabr ayında da balacalar üçün maraqlı tamaşalar təqdim edəcək. Uşaqlar Azərbaycan xalq nağılı əsasında hazırlanmış “Göyçək Fatma” tamaşasına oktyabrın 5-də, Xanımana Əlibəylinin “Dovşanın ad günü” tamaşasına isə ayın 6-da baxa bilərlər. 

 

Şarl Perronun “Çəkməli pişik” tamaşası ayın 12-də, Panço Pançevin “Dörd əkizin nağılı” isə ayın 13-də nümayiş etdiriləcək. Teatrın kollektivi ayın 19-da ərəb xalq nağılı əsasında hazırlanmış “Əlibaba və qırx quldur”u, 20-də Aleksey Tolstoyun “Buratinonun macəraları”nı təqdim edəcək. 

 

Balacalar oktyabrın 26-da Astrid Lindqrenin “Balaca və damda yaşayan Karlson”, 27-də Ernest Teodor Amadey Hofmanın “Şelkunçik” tamaşasına baxa bilərlər.