Azərbaycan şahmatçısı Avropa çempionatında gümüş medal qazanıb
Monteneqronun Budva şəhərində gənclər arasında şahmatın blits və rapid növləri üzrə Avropa çempionatı keçirilir.
Çempionatda 10 yaşlı uşaqlar kateqoriyasında ölkəmizi təmsil edən Gövhər Beydullayeva doqquz mümkün xaldan səkkiz xal toplayaraq blits üzrə yarışlarda ikinci yerin sahibi olub. Birinci yerə isə rusiyalı şahmatçı Yelizaveta Solojenkina çıxıb.
26.09.2013