Azərbaycanda “Diqqət! Uşaqlar” devizi altında təhlükəsizlik aylığı keçirilir

11.09.2013. Bir neçə gündən sonra respublikamızda yeni dərs ili başlayacaq. Bu məqsədlə sentyabrın 10-dan ölkəmizdə “Diqqət! Uşaqlar” devizi altında təhlükəsizlik aylığına start verilib.
Təhlükəsizlik aylığının məqsədi azyaşlılar yol-qəza hadisələrindən qorumaq, uşaqların həyat və sağlamlıqlarının qayğısına qalmaq, həmçinin hərəkət qaydaları ilə bağlı biliklərini artırmaqdır.
Bu məqsədlə müxtəlif tədbirlər həyata keçiriləcək. “Diqqət! Uşaqlar” devizi altında təhlükəsizlik aylığı oktyabrın 10-dək davam edəcək.
11.09.2013